AZ

Qazaxıstan Energetika Nazirliyi OPEC+ sazişi ilə bağlı xarici mediada yazılanlara cavab verib

Qazaxıstanın Energetika Nazirliyi bir sıra xarici KİV-də dərc olunan yazılara cavab olaraq OPEC+ sazişinə tam sadiq olduğunu bəyan edir və öhdəliklərin yerinə yetirilməsi, o cümlədən müəyyən edilmiş kvotadan artıq hasil edilən həcmlərin kompensasiyası üzrə məqsədyönlü işi davam etdirir.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, fevral ayında kvotadan artıq hasilat “Tengiz” yatağında Gələcək Artım Layihəsi (FGP) çərçivəsində aparılan texnoloji proseslərlə bağlıdır.

Bu layihə uzunmüddətli xarakter daşıyır və enerji resursları ilə sabit təchizatın təmin edilməsinə, eləcə də ölkənin ortamüddətli öhdəliklərinin yerinə yetirilməsinə yönəlib.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ölkənin ən iri səhmdarları və yerin təki istifadəçiləri ilə danışıqlar aparıb. Müzakirələr zamanı OPEC+ sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi qrafiki təsdiq edilib, müəyyən edilmiş kvotadan artıq hasil edilən həcmin kompensasiyası üzrə tədbirlər razılaşdırılıb.

Qazaxıstan istehsalın müvəqqəti artımını kompensasiya etmək üçün lazımi tədbirlər görüb. Agentliyin məlumatına görə, yaxın vaxtlarda həcmlər müəyyən edilmiş limitlərə tam uyğun olacaq şəkildə tənzimlənəcək.

“Onu da nəzərə almaq lazımdır ki, qlobal neft hasilatının cəmi 1,5 %-i, OPEC+ çərçivəsində isə təxminən 3 %-i Qazaxıstanın payına düşür. Bu rəqəmlər Qazaxıstanın qlobal tələb-təklif balansına kritik təsir göstərmədiyini nümayiş etdirir, buna baxmayaraq, ölkəmiz etibarlı tərəfdaş olaraq qalır və üzərinə düşən öhdəlikləri yerinə yetirir”, - nazirliyin bəyanatında deyilir.

Seçilən
18
2
report.az

3Mənbələr