AZ

Agentlik 2025-ci ildə eyni şirkətlə IV müqaviləsini imzaladı

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 18-20 mart 2025-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MITT 2025” turizm sərgisində iştirak edəcək.

Valyuta.Az xəbər verir ki, sözügedən sərgidə sərgi stendinin quraşdırılması ilə bağlı Agentliklə "Smartexpo" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb. 

Müqaviləyə əsasən, sərgi stendinin quraşdırılması müqabilində Agentlik MMC-yə 97.049,1 AZN ödəməyi öhdəsinə götürüb.

Bununla da "Smartexpo" MMC ilə Agentlik arasında 2025-ci ildə imzalanan satınalma müqavilələrinin sayı 4-ə çatıb.

Məlumat üçün qeyd edək ki, Dövlət Turizm Agentliyi cari ildə 6 satınalma müqaviləsi imzalayıb. Qeyd etdiyimiz kimi 4 müqavilə "Smartexpo" MMC ilə, 1 müqavilə isə "Pelican Service" MMC ilə, 1 müqavilə isə "Medical Media" MMC ilə bağlanıb. 

Ötən il və ondan öncəki il də tərəflər arasınad dəfələrlə müxtəlif məbləğlərdə müqavilələr imzalanıb. 

Bu haqda bir neçə gün öncə saytımızda yazı dərc olunub. 

Qeyd edək ki, "Smartexpo" MMC 18 aprel 2018-ci ildə təsis edilib. Şirkət 10 AZN nizamnamə kapitalına sahibdir və qanuni təmsilçisi İsmayılov Kənan Əli oğludur. MMC Bakı şəh. Xətai ray. General Səməd bəy Mehmandarov ev.16 m.83 ünvanında qeydiyyatdadır.

Seçilən
6
valyuta.az

1Mənbələr