AZ

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
 
Təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.
Seçilən
2
21
moderator.az

10Mənbələr