AZ

Edvin Kuç Monteneqro millisinə dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Monteneqro millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlara çağırılıb.

Kuç 2024-cü ilin iyul ayından “Neftçi”nin formasını geyinir. 31 yaşlı yarımmüdafiəçi indiyə qədər paytaxt klubunun heyətində 22 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Ballkani”, “Deçiç”, “Rudar”, “Üsti nad Labem”, “Mladost”, “Gilyani” kimi klubların da şərəfini qoruyub. Edvin 2023-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 11 oyun keçirib, 3 qol vurub.

Seçilən
12
arena.az

1Mənbələr