AZ

Əfsanə geri qayıdır -

“Yuventus”un əfsanəvi futbolçusu Corcio Kyellini yenidən kluba qayıdır. Metbuat.az xəbər verir ki, Kyellini “Yuventus"da vəzifəyə gələcək. Futbolu buraxdıqdan sonra məşqçilik sahəsinə qədəm qoyan Kyellini əfsanə olduğu “Yuventus”da idman direktoru işləyəcək. "La Gazetta Dello Sport"un məlumatına görə, "Yuventus" Kyellinini geri qaytararaq klubdakı mənfi atmosferi dağıtmağa çalışır.

Qeyd edək ki, “Livorno” gənclər akademiyasında futbola başlayan Kyellini "Fiorentina"ya, oradan isə "Yuventus"a transfer olunub. Keçmiş italiyalı müdafiəçi ardıcıl 17 mövsüm “Yuventus”da çıxış edib. Chiellini 2022-ci ildə “Los Angeles”ə transfer olub və burada 2 mövsüm oynadıqdan sonra təqaüdə çıxıb. Corcio Kyellini “Juventus”da ümumilikdə 20 kubok qazanıb.

Seçilən
7
metbuat.az

1Mənbələr