"Binəqədi rayonu tamamilə yiyəsiz qalıb. Elxan Allahverdiyev və başının dəstəsi bu rayonun altını da, üstünü də istismar edib və edir. Rayon Mozambik qaydaları ilə idarə olunur. Kim nə istəyir edir, haranı istəyir qazır, dağıdır, yetər ki, rüşvətini ver, vəssalam".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri,, jurnalist Səbuhi Abbasov feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hansısa yeni tikiləcək binaya görə özəl bir şirkət Biləcəri, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsinin şüşə kimi olan 4-5 km.lik asfalt yolu düz DSK-ya qədər 4 metrə qədər qazılaraq, darmadağın edilib:
Samir
MİA.AZ