AZ

Arda Güler seçim qarşısında: İtaliya, yoxsa Almaniya?

“Real”ın futbolçusu Arda Güler komandadan ayrılmağa yaxındı.

İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu az oynamasından narazıdı. Bu səbəbdən də Madrid təmsilçisindən getməyi düşünür.

Güler Avropanın bir neçə klubunun maraq dairəsindədi. 20 yaşlı yarımmüdafiəçinin müştəriləri isə günü-gündən artır.

“Bayer” (Leverkuzen) və “Ayntraxt”dan sonra “İnter” və “Milan” da türk futbolçuya maraq göstərir. Türkiyə millisinin üzvü yekun qərarını mövsüm sonu verəcək.

 

Seçilən
1
idmanxeber.az

1Mənbələr