AZ

Yamaldan yeni rekord

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Benfika”nı 3:1 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, həmin matçda “Blauqrana”nın hücumçusu Lamin Yamal bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. BBC-nin məlumatına görə, 17 yaşlı ispaniyalı Çempionlar Liqası tarixində 5 məhsuldar ötürmə edən ən gənc oyunçu olub. Yamal o vaxt 19 yaşında olan ingiltərəli vinger Teo Uolkottun əvvəlki rekordunu qırıb.

Bu mövsüm Yamal bütün yarışlarda 37 matçda iştirak edib, 12 qol vurub və 17 məhsuldar ötürmə verib.

Seçilən
27
futbolpress.az

1Mənbələr