Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 15-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.
Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər” MOİK-lə üz-üzə gəlib. Dörd set davam edən görüş MOİK-in qələbəsiylə yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” və “Neftçi” komandaları qarşılaşıblar. “Neftçi” bu oyundan çətin qələbə ilə ayrılıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Azərreyl” “Murov”la üz-üzə gəlib. Bu görüşdə də “Azərreyl” çətin qələbəyə sevinib.
Yüksək Liqa
15-ci tur
12 mart
“Gənclər” – MOİK 1:3 (22:25, 25:22, 21:25, 18:25)
“Xilasedici” – “Neftçi” 2:3 (25:27, 23:25, 25:23, 26:24, 13:15)
“Azərreyl” – “Murov” 3:2 (27:25, 24:26, 19:25, 25:21, 15:10)
Xallar: Murov – 35. Azərreyl – 33. Xilasedici – 32. Neftçi – 23. MOİK – 8. Gənclər – 1.