Avropa İttifaqı (Aİ) lazım gələrsə, ABŞ-nin ticarət rüsumlarının tətbiqinə cavab verməklə bağlı planda daha da irəli getməyə hazır olacaq, bura rəqəmsal xidmətlər və əqli mülkiyyətlə bağlı sanksiyalar da daxildir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “TF1” telekanalının efirində Fransa Xarici İşlər Nazirliyinin yanında Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Addad bildirib.
“Əgər istəsək, başqa növ xidmətlərə münasibətdə daha da irəli getmək üçün vasitələrimiz var. Məsələn, rəqəmsal xidmətləri və əqli mülkiyyəti də ora daxil edə bilərik”, – o bildirib.
Bununla yanaşı, o qeyd edib ki, hazırkı məqamda cavab “mütənasib” olacaq: “Yaxın həftələrdə biz yenidən cavab rüsumları tətbiq edəcəyik. Aİ öz maraqlarını qorumaq iqtidarındadır”.