AZ

Zakir Həsənov mayora yeni vəzifə verdi

"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, mayor Ceyhun Cəfərli Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Azərbaycan Ordusu" qəzetinin redaktoru vəzifəsinə gətirilib. Baş redaktor olmadığına görə nəşr hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir.

C.Cəfərli bundan əvvəl "Azərbaycan Ordusu" qəzetinin məsul katibi işləyib.

Seçilən
22
9
publika.az

10Mənbələr