AZ

"Inditex" IV rübdə proqnozlaşdırılan göstəricilərə nail olub

İspaniyanın pərakəndə satış nəhəngi "Inditex" IV rüb hesabatını açıqlayıb.

Valyuta.Az xəbər verir ki, hesabata görə, üç aylıq dövr ərzində şirkətin gəlirləri 11,21 mlrd. avro (12,2 mlrd. dollar) olub. Bu göstərici "LSEG" analitiklərinin proqnozlaşdırdığı 11,2 mlrd. avro ilə üst-üstə düşür və ötən ilin eyni dövründə qeydə alınan 10,34 mlrd. avrodan yüksəkdir.  

IV rübdə xalis mənfəət 1,42 mlrd. avro təşkil edib ki, bu da analitik gözləntilərinə uyğun olub.  

Bu nəticə, şirkətin III rübdə satış və mənfəət üzrə nadir hallarda rast gəlinən gözlənilən nəticələrdən geri qalmasının ardından qeydə alınıb. "Inditex" bu azalmanı qismən ABŞ dollarının güclənməsi ilə əlaqələndirib.  

İlin ümumi satışları valyuta dəyişiklikləri nəzərə alınmadan 10,5% artaraq 2024-cü ildə 38,63 mlrd. avroya çatıb. Bu, proqnozlaşdırılan 38,57 mlrd. avrodan bir qədər yüksəkdir. Şirkətin illik xalis mənfəəti isə 5,88 mlrd. avro olub ki, bu da gözləntilərlə eynidir. Müqayisə üçün, 2023-cü ildə xalis satışlar 35,9 mlrd. avro, xalis mənfəət isə 5,4 mlrd. avro olub ki, bu göstəricilər şirkət üçün rekord sayılıb.  

Bununla belə, "Inditex"ə məxsus "Pull & Bear", "Bershka" və "Massimo Dutti" kimi markalarla yanaşı, şirkət bu ilin I rübündə satış tempinin nisbətən yavaşladığını bildirib. Fevralın 1-dən martın 10-dək olan dövrdə gəlirlər, valyuta təsirlərindən təmizləndikdə, 4% artıb. Halbuki ötən il bu göstərici 11% idi.  

Rəhim

Seçilən
12
valyuta.az

1Mənbələr