Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova, eləcə də digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Daha sonra şahidlər ifadə verib. Şahid Turan Verdiyevanın sözlərinə görə, o, təqsirləndirilən Aysel Məmmədovanın qohumudur: "Mən tibbi işçisi olmuşam. Şirkətin direktoru Nuridə Seyidova ilə müqavilə bağlamışam. İşim şirkətə müraciət edən talassemiya xəstələrinin qeydiyyatını aparmaqdan ibarət olub. İki ay işlədim, lakin maaş verilmədi. Tam iş günü işləmirdim, ona görə də 345 manat maaşa razılaşmışdım. Əgər, xəstə gətirsəydim, hər gələn xəstədən də əlavə vəsait veriləcəkdi".
Zərərçəkən Şövkət İsayevanın sözlərinə görə, övladı talassemiya xəstəsi olub. Bununla bağlı 2022-ci ildə Çinar Plazada təqsirləndirilən şəxslərlə görüşüb: "Onlarla tanışlıqdan sonra 30 min dollar verdik, dedilər ki, narahat olmayın, pulun üstünü düzəldib iki aya bizi Türkiyəyə göndərəcəklər. Türkiyədən Bakıya həkim gəlmişdi, bu məsələ ilə bağlı onunla maraqlandım, onlara belə bir müraciətin daxil olmadığını bildirdi. Nuridə ilə danışdım, dedi ki, məni buradan çıxart sizin pulunuzu qaytaracam".
"Bizi bunlarla həkimlər tanış edib. Aynur xanımı da Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanımışıq. Daha sonra 30 min dollar Nuridə Seyidovaya vermişəm. Pulu verdim, lakin uşağı əməliyyat etmədilər, pulumu da qaytarmadılar. Aynur xanım xəstəxanada ürəyi hara istəyirdisə, ora da rahat girirdi", - o bildirib.
Şahidin ifadəsinə münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb, daha sonra isə Aynur Bayramovaya verib: "Aynur Bayramovanın uşağı xəstə olduğu üçün pulu o götürdü".
"Övladım ağır xəstədir, təcili əməliyyat olunmalıdır. Əgər, hissə-hissə belə olsa, mənim pulumu qaytarsınlar ki, övladımı əməliyyat etdirə bilim", - zərərçəkən deyib.
Şahid Cahangir Xanmirzəyev deyib ki, anası Elnarə Xanmirzəyeva cinayət işində zərərçəkən kimi tanınıb: