Yüngül çəkidə sabiq UFC çempionu, dağıstanlı MMA veteranı Həbib Nurməhəmmədov Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində dünən keçirilən "Liverpul" - PSJ matçını tribunadan izləyib.
Fanat.Az xəbər verir ki, Qartal ləqəbli idmançı stadionda çəkilən fotosunu paylaşaraq Fransa təmsilçisinin qələbəsinə (1:0, penaltilər 4:1) bir cümlə ilə münasibət bildirib:
"PSJ möhtəşəm iş gördü".