Futbol üzrə Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq hücumçusu Luis Nani Azərbaycana gəlib.
Arena.az xəbər verir ki, o, Bakıya səfəri ilə bağlı paylaşım edib.
Nani paytaxtda çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, ötən il futbolçu karyerasını başa vurmuş 39 yaşlı sabiq yarımmüdafiəçi Azərbaycanda təşkil olunmuş minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib. O, tədbirdən sonra jurnalistlərə açıqlama da verib:
“Növbəti dəfə Azərbaycana gəldiyim üçün xoşbəxtəm. Azərbaycanı çox bəyəndim. Bakıda çox gəzmək imkanım olmadı. İlk dəfə buraya “Sportinq”in (Portuqaliya) heyətində “Qarabağ”la oyun üçün gəlmişdim. Növbəti dəfə bu təcrübəni yaşadığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanı bir qədər də kəşf etmək imkanım oldu. Fikirlərim çox yaxşıdır”, deyə Luis Nani bildirib.