AZ

Goranboyda yanğın qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində baş verib. Qəsəbə ərazisində yerləşən Nərimanlı kənd sakini 1959-cu il təvəllüdlü C.Cəfərova məxsus  "Nukoil" yanacaqdoldurma məntəqəsində təmir işləri aparan zaman anidən yanğın olub.mDərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Baş vermiş hadisə ilə  bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
3
unikal.az

1Mənbələr