Bakı. Trend:
Türkiyə Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesabedir.
Trend xəbər verir ki, bubarədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik.Ümid edirik ki, Rusiya da konstruktiv reaksiya verəcək,” – deyəƏrdoğan bildirib.
Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizəaparan hər iki tərəfin masa arxasında olacağı möhkəm diplomatikzəminin vacibliyini ifadə edib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukraynamüharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətindəmüzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyəhazırdır.