AZ

İstanbulda çökən binanın altından tarixi məzar daşı tapıldı – FOTO

Türkiyənin İstanbul şəhərində çökən binanın altından tarixi məzar daşı tapılıb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Fatih səmtində olub.

Belə ki, 4 mərtəbəli binanın arxa hissəsindəki bağçanın divarı naməlum səbəbdən uçub. Bina sakinləri səs-küydən sonra qorxu içində evlərini tərk edərək vəziyyəti bələdiyyə qruplarına çatdırıblar.

Hadisə yerinə gələn bələdiyyə qrupları 1232-ci ilə aid olduğu güman edilən məzar daşını qismən çökmüş divarın dağıntıları arasında tapıb.

Ətraflı araşdırma üçün məzar daşı olduğu yerdən götürülüb.

 

Seçilən
2
3
nocomment.az

4Mənbələr