Bakı. Trend:
Vyanada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri ŞahinBağırov BMT-nin Vyana bölməsinin baş direktoru, BMT-nin Narkotiklərvə Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru QadaVali ilə görüşüb.
Trend xəbər verir ki, görüşzamanı qlobal səviyyədə narkotiklər probleminə qarşı mübarizəsahəsində BMTNCİ-nin rolu və mandatının əhəmiyyəti, eləcə dəNarkotik Vasitələr üzrə Komissiyanın fəaliyyətinin vacibliyivurğulanıb.
Bundan başqa, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinəqarşı mübarizə sahəsində gömrük orqanlarının xüsusi roluvurğulanıb, gömrük orqanlarının bu sahədə imkanlarınıngücləndirilməsi işində BMTNCİ-nin proqram və alətlərindənistifadənin genişləndirilməsi məsələləri müzakirə olunub.