Vüqar Dadaşov: “Trampın yürütdüyü siyasət ABŞ-ı dünyanın fovqəl dövlət statusundan məhruma aparır”
Dövlətin siyasi, idealogi mahiyyətinin kommersiya prinsipinlərindən arxa plana keçirilməsi, Donald Trampın qlobal dünya düzəninə gətirdiyi praktik yenilik kimi, oturuşmuş beynəlxalq siyasi tarazlığı əhəmiyyətli dərəcədə poza bilib. Əlbəttə ki, ABŞ-a gözlənilən iqtisadi və maliyyə gəlirləri uğrunda Trampın beynəlxalq nizamı pozan gedişləri, əslində siyasi niyyətini gizlətmək məqsədi də daşıya bilər.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edibki, ancaq fakt budur ki, Tramp və onun komandasının yürütdüyü siyasət ABŞ-ı dünyanın fovqəl dövlət statusundan məhruma aparır. ABŞ-ın Avropa, Ukraynanın təhlükəsizliyinin təminatıdan imtinası ilk növbədə Avropanın birliyinə böyük zərbə vurur, parçalanmasını qaçılmaz vəziyyət gətirir. Tramp Ukrayna və Avropa İttifaqı ilə bağlı siyasəti, ABŞ-ın ən yaxın və etibarlı müttəfiqi Böyük Britaniya üçün də çıxılmaz vəziyyət yaradır. Nəticələrinə görə Tramın bütün gedişləri Avropa İttifaqını, NATO-nu zəiflədir, Rusiyanı gücləndirir, manevr və manipulyasiya imkanlarını artırır: “Sual olunur ki, Tramp niyə Rusiyanın maraqlarını təmin edən addımlar atır? Qoyulan suala müxtəlif cavablar verilsə də, Donald Trampın "Rusiyanın ağenti" versiyası əsas çəkiyə malikdir. Belə ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Alnur Musayev Donald Trampın hələ 1987-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 6-cı bölməsi tərəfindən əməkdaşlığa cəlb edildiyini, əməliyyatın "Krasnov" kodu ilə aparıldığını, Rusiyanın əlində Trampa qarşı tutarlı kompramatının olmasını və onun Rusiyanın qarmağından çıxmaq imkansızlığı barədə açıqlama verib. Üstəlik, ABŞ vitse-prezidenti Cey Di Vensin hələ gənclik illərindən SSRİ-yə sevgisi və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə tutarlı faktlar ortaya çıxıb”.
V.Dadaşovun fikrincə, Donald Trampa qarşı nəinki impiçment və hətta ona qarşı "vətənə xəyanət" ittihamı mümkündür. Əlbəttə ki, Donald Trampa qarşı impiçment irəli sürüləcək, ancaq ABŞ prezidentinin "Rusiya agenti" kimi ABŞ-ın beynəlxalq imic və nüfuzuna xələl gətirdiyi üçün "agent damğası" ilə ittiham edilməsinə ABŞ siyasi elitası, dərin dövlətinin gedəcəyi ehtimalı azdır: “Donald Trampın irəli sürdüyü dağıdıcı siyasi kursu, Avropanın və müttəfiqlərinin təhlükəsizlikyinin təmindən imtinası, Avropa və NATO ölkələri üçün panika və parçalanma ehtimalı yaratsa da, tamamilə əks effekt verəcək. Bu əks prosesi "sanksiya efekti" də adlandırmaq olar. Yəni ki, Avropa və NATO ölkələri, xüsusən də Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa məcburiyyətdən ABŞ-dan müstəqil şəkildə öz təhlükəsizliyinin təmin etmək üçün real addımlar ataraq, ABŞ-dan təhlükəsizlik asılılığını aradan qaldıra biləcək. Türkiyə isə ancaq Böyük Britaniya ilə koordinasiya edə bilər və Ukraynanın xilası əsasən bu birlikdən keçir.
Trampın Ukraynanın Rusiya faktiki kapitulyasiya edilməsi planlarının boşa çıxması artıq açıq görünür. Düzdür, Ukrayna ABŞ-la ilə həm də nadir metal ehtiyatları ilə bağlı müqavilə bağlaya bilər, ancaq həmin müqavilənin Rusiya -, Ukrayna müharibəsi ilə, yaxud müharibənin dayandırılması ilə bağlı olmayacaq. Çin isə proseslərdən kənardır, niyəsi də məlumdur”.
Politoloq Tramp siyasətinin Türkiyə və Azərbaycan maraqlarına təsir edib, etməyəcəyindən də danışıb.
Bildirib ki, Rusiyanın Ermənistanda aktivləşməsi, eləcə də Suriyada devrilən Bəşər Əsəd rejiminin tərəfdarlarının və ələvilərin Latakiyada yeni Suriya hakimiyət qüvvələrinə qarşı üsyanı, ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasətin Rusiya üçün yaratdığı əlverişli imkanlardan irəli gəlir.
Digər şərt isə, Suriyada Türkiyə yönümlü hakimiyətə qarşı Bəşər Əsəd tərəfdarlarının qalxması Türkiyənin Ukrayna ilə bağlı, eləcə də Avropanın təhlükəsizliyini təmin edə biləcək qüvvə kimi meydana daxil olmasıdır. Suriyada İran proksi qüvvələrinin hərəkətə keçmək ehtimalı da var. Rusiyanın hərbi bazasının Latakiyada yerləşməsi, keçmiş Əsəd rejim tərəfdarları və ələvilərin məhz Latakiyadan dirçəlməsi və Rusiyadan kömək istəməsi prosesə Rusiyanın start verdiyini göstərir. Rusiyanın regionda mövqeyini bərpa etməsi ancaq Türkiyənin maraqlarının məhdudlaşdırılması hesabına mümkündür: “Türkiyənin İdlibə də əlavə qüvvə ilə daxil olması və tikilməkdə olan hərbi bazaları imkan verəcək ki, Türkiyə Suriyada maraqlarını tam təmin edə bilsin. Onu da qeyd edim ki, Bəşər Əsəd rejiminin devrilməsi artıq Suriyada tam sülh və əmin-amanlığın bərqarar olması demək deyil. Suriyada Türkiyə, İsrail və Rusiya əsas maraq güdən tərəflərdir. İranın da Suriyada istəkləri olsa da hələ ki, imkanları məhduddur.
Tramp administrasiyasına Əsədin devrilməsi üçün əvvəlki Türkiyə - ABŞ sövdələşməsi şərt və əhəmiyyətli deyil. Olsun ki, Tramp Suriyanı Türkiyənin tam maraq daxilə aid olduğunu qəbullanır, ancaq mümkün Tramp - Putin sövdələşməsi Rusiyaya da yaşıl işıq yandırıb.
Yaxın Şərqdə Türkiyədən sonra İsrail strateji hədəflərinə çatmaq imkanındadır. Tramp administrasiyası İsrailə bu imkanları çox genişləndirib, əlverişli şərait yaradıb”.
Politoloqun sözlərinə görə, Rusiya Cənubi Qafqazda da aktivləşməsi ilə Azərbaycan maraqlarına toxunmaqla yanaşı həm də, Türkiyənin Cənubi Qafqazda güclənməsinə qarşıdır. Sözsüz ki, Rusiyanın ümumən Cənubi Qafqazla bağlı oturuşmuş siyasəti dəyişən deyil. Ancaq, Tramp və Putin arasında ilk telefon danışığında Rusiyanın keçmiş SSRİ ərazisində nüfuzunun bərpası ilə bağlı razılıq əldə edildiyi barədə məlumatlar görünür ki, boş deyilmiş.
Ermənistanda Rusiya səfiri Sergey Kopırkinin Paşinyan hakimiyyətinə qarşı müxalif liderlərlə ardıcıl görüşləri, sərt bəyanatları və hətta "Minsk qrupu" dirçəlməsinə yönələn açıqlamaları Rusiyanın təkcə Ermənistanda deyil, paralel olaraq Azərbaycanla bağlı planları ilə əlaqəlidir. Heç şübhəsiz, Ermənistanın Rusiyadan qaçmaq cəhdi Qərbin şirinləşdirici təklif və təhrikinə bağlı idi. ABŞ-ın geri çəkilməsi ilə Avropa İttifaqının Ermənistandakı fəaliyyəti də hind məsəli kimi, "ölü at üstündə hərəkətə bənzəyir". Avropa ABŞ - sız özünün belə təhlükəsizliyini təmin edə bilmir, nəinki Ermənistana təhlükəsizlik zəmanəti versin: “Qaldı ki, Ermənistan Azərbaycan münasibətlərinə, dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanla Ermənistan arasında Ermənistana sovet dövründə verilən Azərbaycan torpaqlarını leqitimləşdirən sülh müqaviləsi mümkün deyil. Ermənistan zəif Avropa təhriki ilə revanş müharibəyə getməz, ancaq Paşinyan iqtidarı dövründə olmasa da, Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanla revanş müharibəsunə gedəcəyi mümkündür.
Ancaq, prosesi bir mənalı Rusiyanın xeyrinə getdiyini də demək olmaz. Əvvəla Böyük Britaniya və Avropa Ukraynaya hərbi yardımını gücləndirir və davam etdirmək niyyətindədir. Türkiyənin prosesdə aktivləşməsi və Böyük Britaniya ilə koordinasiyalı fəaliyyəti də şərtdir. Digər tərəfdən, Donald Tramp Ukraynadan nadir metal ehtiyatları ilə bağlı müqaviləni əldə etdikdən sonra da Tramp administrasiyası Ukraynaya yardımını bərpa edə bilər. Bu isə Tramp administrasiyasının yaratdığı mənzərənin tamamilə dəyişməsi deməkdir”.
Cavid