I Liqada 18-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk gündə 1 matç oynanılıb.
3-cü yerdəki "İmişli" 4-cü pillədəki "Bakı Sportinq"in qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.
Turun digər qarşılaşmaları 13 və 14 mart tarixlərində keçiriləcək.
"Bakı Sportinq” – “İmişli” 2:2
Qollar: E.Əskərli, 17, L.Stevanoviç, 90+5 - S.Fərəcov, 13-pen. 83-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Aydın Bəxşiyev, Vüqar Bayramov, Şamil İmanzadə
Binə qəsəbə stadionu
13 mart (cümə axşamı)
13:00. “Cəbrayıl” – “Difai”
15:00. “Qaradağ Lökbatan” – “Karvan”
15:00. “Zaqatala” – “Qəbələ”
14 mart (cümə)
15:00. “Mingəçevir” – MOİK