Prezident Vladimir Putin Kursk vilayətinə gəlib və Kursk qoşun qrupunun komanda məntəqələrindən birinə baş çəkib.
AzPost bildirir ki, Putin hərbçilərlə müşavirə keçirib, Baş Qərargah rəisi Valeri Gerasimov ona döyüş bölgəsindəki vəziyyət barədə məruzə edib.
O, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki qrupunun mühasirəyə alındığını bildirib.
Prezident hərbi geyimdə olub.