AZ

AB müdafiə nazirləri Ukrayna üçün TOPLANIR

Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşanın müdafiə nazirləri çərşənbə günü Parisdə görüşərək Avropanın müdafiəsini gücləndirmək və Ukraynaya təhlükəsizlik zəmanətləri vermək üçün konkret addımlar atacaqlarına söz veriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilk görüşə dəvət olunub. Daha sonra ikinci görüş Avropanın müdafiə potensialının artırılmasına həsr olunacaq.

“Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirərək, xərcləri artıraraq və kollektiv gücümüzü möhkəmləndirərək biz açıq mesaj veririk: biz Ukraynanın yanında dayanmaqda və ortaq dəyərlərimizi qorumaqda tərəddüd etməyəcəyik", -Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Danışıqlar Ukraynaya dəstəyə və gələcək sülh sazişi üçün təhlükəsizlik zəmanətlərinə, o cümlədən potensial Avropa sülhməramlılarının yerləşdirilməsinə yönəlib.

Seçilən
16
1
bakivaxti.az

10Mənbələr