AZ

Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub - FOTO

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Goran qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən Nərimanlı kənd sakini 1959-cu il təvəllüdlü C.Cəfərova məxsus Nukoil YDM-də təmir işləri aparan zaman anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda
Seçilən
25
6
apa.az

4Mənbələr