AZ

NATO qoşunları Ukraynaya yerləşdirilə bilməz -

NATO qoşunlarının Ukraynaya istənilən bayraq altında yerləşdirilməsi Rusiya üçün təhdid təşkil edir. Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Rusiya buna heç bir şəkildə razı olmayacaq. Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması prosesini dəyərləndirən Lavrov, Ər-Riyadda iki ölkənin nümayəndə heyətlərinin danışıqlar apardığını xatırladıb. Lavrov, "Onlar Donald Tramp dövründə ABŞ-nin milli maraqlarının qorunmasının Amerikanın xarici siyasətinin əsasını təşkil etməsi kontekstində yaxşı münasibətlər istədiklərini bildiriblər. Bu, danılmazdır. Bununla belə, amerikalılar başa düşürlər ki, digər ölkələrin də öz milli maraqları var. Biz onlarla razıyıq", - deyə bildirib.

ABŞ və Rusiyanın maraqlarının heç vaxt üst-üstə düşməyəcəyini deyən Lavrovun sözlərinə görə, bu maraqların hətta 50 faiz də üst-üstə düşməsi mümkün deyil. Trampın Rusiya və Çinlə nüvə silahlarından imtina edilməsi ilə bağlı danışıqlara başlamaq istədiyini qeyd edən Lavrovun sözlərinə görə, Rusiya qarşılıqlı hörmət, bərabərlik və əvvəlcədən müəyyən edilmiş həll yollarının tətbiqinə əsaslanan bütün formatlarda danışıqlara açıqdır. Lavrov Rusiya ilə ABŞ arasında strateji sabitliyə dair dialoqun qurulmasının vacibliyini vurğulayıb.

Seçilən
4
metbuat.az

1Mənbələr