AZ

Xocalıdan bəhs edən “Doğma torpaq” bədii filmi ekranlara çıxır –VİDEO

Aprelin 24-dən “Narimanfilm” kinostudiyasında çəkilmiş  “Doğma torpaq” tammetrajlı bədii film ölkə kinoteatrlarında nümayişi başlanır.

Film Azərbaycanın yaxın tarixinin üç vacib mərhələsini işıqlandırır. Bunlar Ermənistanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından qovulması, birinci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun Vətən Müharibəsindəki şanlı qələbəsidir.

“Doğma torpaq” tammetrajlı bədii filminin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur. Filmin çəkilişlərində Rüstəm Cəbrayılov, Alina Vorontsova (Rusiya), Hacı İsmayılov, Orxan Abbasov, Məbud Məhərrəmov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları iştirak ediblər.

“Doğma torpaq” bədii filminin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həmçinin, PASHA Holding, United Alliance group, Gazelli Group, AzMade Group, CMS, Azersun Holding şirkətlərinin, Caspian Energy Club və İTV-nin iştirakı ilə həyata keçirilib. Çəkilişlər Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində həyata keçirilib.

 

 

 

Seçilən
3
azpost.info

1Mənbələr