Rusiya hərbçiləri müəyyən istiqamətlərdə Ukraynanın Sumı vilayətinə daxil olub.
Yenicag.az Lenta.ru-ya iatinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə məlumat verib .
O qeyd edib ki , Rusiya regionu ərazisində Ukrayna Silahlı Qüvvələrinin məhv edilməsi əməliyyatı davam edir:
“Bəzi ərazilərdə rus bölmələri dövlət sərhədini keçərək Sumı rayonuna daxil olub və burada düşmən ehtiyatlarını məhv etmək və təhlükəsizlik zonalarını genişləndirməkdə davam edirlər”, – Gerasimov bildirib.