AZ

Rus mütəxəssisin komandasını ÇL-dən darmadağınla "qovdular"

Tanınmış rusiyalı mütəxəssis Leonid Slutskinin çalışdırdığı "Şanxay Şenxua" Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, turnirin 1/8 final mərhələsinin ilk oyununda Yaponiya təmsilçisi "Kavasaki"ni 1:0 hesabı ilə üstələyən Çin komandası qonaq qismində 0:4 hesablı darmadağınla üzləşib.

Oyunda hesabı 24-cü dəqiqədə Asahi Sasaki açıb. 64-cü dəqiədə braziliyalı forvard Erison fərqi artırıbsa, növbəti qolları Tatsuya İto və Marsinyo vurub.

Xatırladaq ki, "Şanxay Şenxua" B qrupunda 8 oyuna 10 xal toplayaraq 6-cı yeri tutmuş və 1/8 finalda oynamaq hüququ qazanmışdı.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr