AZ

Bir mahnı ilə trendlərdə məşhurlaşan gənclər: “Toy tutmaq və məşhurluq üçün oxumamışıq”-FOTO+VİDEO

“Bu mahnını ilk dəfə Atv kanalında “Zaurla Günaydın” verilişində canlı oxudum və paylaşdım. Gördüm ki, insanların maraq dairəsində oldu və xoş qarşılandı. Halbuki məndən əvvəl bu mahnını bir neçə sənətkarımız, o cümlədən xalq artisti Gülyaz xanım Məmmədova oxumuşdu. Sonra Gülyaz xanımdan xahiş etdim ki, bu mahnını duet oxuyaq. O da etiraz etmədi. Gülyaz xanım yutub səhifəsində paylaşandan sonra gözəl nəticə əldə etdik. Bizi Arb kanalından Dilarə Əliyevanın “Söhbət var” verilişinə dəvət etdilər. Gülyaz müəllim bu mahnını həmkarım Gülnar xanımla oxumağımı məsləhət gördü. Gülnar xanımla ifamız tiktokda yayıldı, trendlərə düşdü”
 
Bunu Moderator.az-a açıqlamasında “Məni yandırma” mahnısı ilə sosial şəbəkədə trendlərdə məşhurlaşan müğənni Cahangir Əliyev deyib. O daha sonra əlavə edib:
 
“İnsanların bu mahnını sevməsini, trendlərə salmasını da başa düşürəm. Çünki o qədər süni ifalar, ifadələr və hərəkətlər görüblər ki, beziblər. Ona görə də hər təbii ifa onlara xoş gəlir. Biz bu mahnını səmimi hisslər üzərində oxumuşuq. Milli mahnımızın trendlərə düşməsi çox sevindirici haldır. Düzdür, mənim üçün məşhurluğun bir o qədər də önəmi yoxdur əslində. Toylara da dəvət gəldi, efirlərə də. Amma mən mahnını toya görə də ifa etmirəm. Mahnını sevib, onu yaşayıb oxuyuram. Bu dəstəyə görə müəllimim Gülyaz Məmmədovaya təşəkkürümü bildirirəm” deyə Cahangir Əliyev deyib.
Seçilən
4
1
moderator.az

2Mənbələr