AZ

Keys tennisdən başqa heç bir hobbisinin olmadığını etiraf edib

2025-ci il Avstraliya Açıq çempionu və dünya 5 nömrəli amerikalı tennisçi Madison Keys kortdan kənar hobbisinin olması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 30 yaşlı tennisçi bu barədə "Indian Wells" turnirinin mətbuat xidmətinə açıqlamasında danışıb.

“Mən tennisdən başqa bir sahədə avtoritet olduğumu düşünmürəm. Heç kim dediklərimə qulaq asmasın. Adətən sadəcə improvizasiya edirəm” – deyə o, qeyd edib.

Xatırladaq ki, yanvarın 25-də Keys Böyük Dəbilqə çempionunun debüt titulunu qazanmışdı. 2025-ci il Avstraliya Açıq çempionatının finalında 29 yaşlı Keys (o vaxt dünyanın 14-cü raketkasi) ötənilki çempion, dünyanın birinci raketkası belaruslu Aryna Sabalenkanı (1) 6:3, 2:6, 7:5 hesabı ilə məğlub edib.

Seçilən
14
90deqiqe.az

1Mənbələr