AZ

BMT-nin Beynəlxalq Məhkəməsi İsraillə bağlı dinləmələr keçirəcək

Məhkəməyə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan ümumilikdə 45 yazılı müraciət daxil olub.

BMT-nin Beynəlxalq Məhkəməsi aprelin 28-də İsrailin işğal olunmuş Fələstin əraziləri qarşısında öhdəlikləri ilə bağlı dinləmələrə başlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilir.

Sənəddə qeyd olunur ki, məhkəməyə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan ümumilikdə 45 yazılı müraciət daxil olub. Aprelin 28-də məsələ ilə bağlı şifahi dinləmələr keçiriləcək.

Xatırladaq ki, 2024-cü il dekabrın 19-da BMT Baş Assambleyası İsrailin öhdəlikləri ilə bağlı qurumun Beynəlxalq Məhkəməsindən tövsiyə rəyi almaq barədə qətnamə qəbul edib.

Seçilən
2
operativmedia.az

1Mənbələr