İspaniyanın "Barselona" klubunun UEFA Çempionlar Liqasının 1/4 finalında rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu, Almaniyanın Dortmund şəhərinin təmsilçisi "Borussiya" olub.

Niko Kovaçın yetirmələri bu gün 1/8 finalda Fransada yerli "Lill" klubunu dayandırıblar (1:1; 2:1).

"Barselona" - "Borussiya" matçı aprelin 8-də və ya 9-da keçiriləcək. Cavab görüşü bundan bir həftə sonra oynanılacaq.