Müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, ifaçı “Həmin Zaur” verilişində evli kişiylə münasibət qurmaqla bağlı fikirlərini səsləndirib:
“Mən çox qısqanc insanam. Heç vaxt evli kişini qəbul etmərəm. Mənim olan yalnız mənim olmalıdır. Bu, heç vaxt başıma gəlməyib. Mən ailə qadınıyam. Üç gün, 5 gün onunla, bununla sevgili olmaq istəmirəm. Münasibət qururamsa, ailə qururam”.
Qeyd edək ki, Aysun iki dəfə evli olub, ayrılıb.
Sara, Bizim.Media