Özbəkistan-Fransa İnvestisiya Şurası yaradılacaq.
Newscenter.az Özbəkistan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Şavkat Mirziyoyev məlumat verib.
Parisə səfəri çərçivəsində Fransanın aparıcı işgüzar dairələrinin nümayəndələri ilə görüşən Özbəkistan Prezidenti deyib ki, iki ölkənin şirkətlərinin iştirak etdiyi layihələri dəstəkləmək və sürətləndirmək üçün daimi fəaliyyət göstərən Özbəkistan-Fransa İnvestisiya Şurasının yaradılmasına ehtiyac var.
Prezident Şuranın ilk iclasının iyunda keçirilə biləcəyini deyib.
Mehman Mehdiyev