AZ

Orxan Məmmədov: “Millimizin dünya çempionatında layiqli çıxış edəcəyinə inanıram"

"İnanıram ki, millimiz mundialda layiqli çıxış edəcək və ən yüksək yerlərdən birini tutacaq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri turnir barədə fikirlərini bölüşərkən Azərbaycan millisinin yüksək yerlərdən birini tutacağına inandığını deyib:

"Dünya çempionatı Azərbaycan idman camiəsi üçün çox əhəmiyyətli tədbir olacaq. İnanıram ki, millimiz layiqli çıxış edəcək və ən yüksək yerlərdən birini tutacaq".

O.Məmmədov millinin normal qrupa düşdyünü vurğulayıb:

"Bildiyiniz kimi, yarışda güclü komandalar var. Fikrimcə, normal qrupa düşmüşük.

Ev sahibi kimi doğma azarkeşlər qarşısında ən yüksək nəticə əldə etməliyik. Hər birimiz millimizə inanırıq. Ən əsası qonaqpərvərliyimizi göstərəcəyik".

Dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Seçilən
38
sportinfo.az

1Mənbələr