ABŞ Prezidenti Donald Tramp İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə vitse-prezident J.D.Vensin corablarına diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, görüş ABŞ televiziya kanalları tərəfindən yayımlanıb.
“Mən sadəcə inflyasiyadan danışmalıyam. Bu corabları bəyəndim. Diqqətimi cəmləməyə çalışıram, amma vitse-prezidentin corablarına çox heyran oldum”, - Tramp bildirib.
Qeyd edək ki, Vens görüşə İrlandiyanın simvolu olan yonca printli corab geyinib.