AZ

Tusk Ərdoğandan Ukraynadakı sülh prosesi üçün məsuliyyət götürməyi xahiş edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Polşanın Baş naziri Donald Tusk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Ukraynada sülh nizamlanması və Avropada təhlükəsizlik üçün məsuliyyət götürməyi xahiş edib.
Oxu.Az "TVP Info" telekanalına istinadən xəbər verir ki, o, bunu Ankarada Türkiyə lideri ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Mən Prezident Ərdoğana Türkiyənin sülh prosesi, bütün regionumuzda sabitlik və təhlükəsizlik zəmanətləri üçün mümkün olduğu qədər birgə böyük məsuliyyət götürməsi barədə birmənalı təkliflə müraciət etdim", - deyə D.Tusk qeyd edib.
Baş nazir əlavə edib: "Müdafiə və müdafiə sənayesi sahəsində Türkiyədən olan tərəfdaşlarımızla birlikdə işləməyə hazırıq. Tarixi sıçrayış etdiyimizi desəm, şişirtmiş olmaram".
Seçilən
24
50
oxu.az

10Mənbələr