AZ

Şakiranın pərəstişkarına hədiyyə etdiyi “Lamborghini” qəzaya uğradı - FOTOLAR

Müğənni Şakiranın pərəstişkarına hədiyyə etdiyi 2022 “Lamborghini Urus” qəzaya uğrayıb və təmirə ehtiyacı var.

 

Sfera.az bildirir ki, “Lamborghini” avtomobilinin dəyəri təxminən 260.000 dollardır. Çox güman ki, avtomobil tezliklə satışa və ya hərraca çıxarılacaq.
 

Şakiranın tək “Soltera”sını tanıtmaq üçün təşkil etdiyi müsabiqədə “Lamborghini” qazanan kolumbiyalı Maykl Mejia ABŞ-da başqa bir avtomobillə toqquşub. Mayklın özü qəzada xəsarət almasa da, böyük təmir haqqı ilə üzləşib.
 

Kolumbiyalı ulduz avtomobildən bir neçə ay istifadə edə bilib, çünki Şakira “Lamborghini”ni, həmçinin avtomobilin vergi və xərclərini ödəmək üçün 90.000 dollarlıq çeki 2024-cü il dekabrın 6-da təhvil verib.
 

Adam iddia edir ki, Şakiranın videosunda göstərilən avtomobil ona ayda təxminən 2500 dollara başa gəlir.
 

O, yerli mətbuata bildirib ki, bu rəqəmə hətta yanacaq və texniki xidmət xərcləri də daxil deyil. Vergilər, mülkiyyətin ötürülməsi üçün qanuni ödənişlər və sığorta xərcləri Maykl üçün əsl yük olub. Müsabiqədə qalib gəldiyinə görə son dərəcə minnətdar olsa da, avtomobili satmaq və ya hərraca çıxarmaq fikrindədir.
 

Qeyd etdiyimiz kimi, Şakiranın “Lamborghini” avtomobilinin dəyəri təxminən 260.000 dollardır, lakin müğənninin özü dizayn etdiyi üçün bu, daha bahalı ola bilər. Avtomobil 666 at güclü V8 mühərrikinə malikdir və 0-dan 100 km/saata cəmi 3,5 saniyəyə sürətlənir, maksimal sürəti 305 km/saatdır.

 

Aynil

 

Seçilən
12
sfera.az

1Mənbələr