AZ

Sırskidən Kurskdakı durumla bağlı açıqlama...

Kursk qoşunları qrupunun əməliyyat zonasında, Sudja və onun ətrafındakı ərazilərdə aktiv hərbi əməliyyatlar davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

"Düşmən müdafiə xəttimizi yarmaq, qoşunlarımızı Kursk ərazisindən çıxarmaq və hərbi əməliyyatları Sum və Xarkov vilayətləri ərazisinə keçirmək üçün hava-desant qoşunlarının və xüsusi əməliyyat qüvvələrinin hücum bölmələrindən istifadə edir. Siyasi məqsədlərinə nail olmağa nəyin bahasına olursa-olsun cəhd edən düşmən Kursk bölgəsində artıq xeyli itkilər verib və verməkdə davam edir", - deyə o bildirib.

Seçilən
0
2
axar.az

3Mənbələr