Martın 14-də rəsmi Pekin İranın nüvə problemi üzrə Çin, Rusiya və İranın iştirakı ilə üçtərəfli görüş keçirəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Görüşdə Çin Xarici İşlər Nazirinin müavini Ma Çjaosyuy sədrlik edəcək", - deyə o, brifinqdə vurğulayıb.