AZ

İtburnu – necə dəmləyək onu?

İtburnu fitoterapevtik təsir edən bitkidir, onun meyvələri zəngin biokimyəvi tərkibi ilə seçilir. Meyvədə polifenolik birləşmələr, karotenoidlər, yüksək konsentrasiyalı askorbin turşusu, E vtamini, üzvi turşular və mineral komponentlər var.

İtburnu çiçəyi ekstraktı metabolik prosesləri aktivləşdirir, mədə-bağırsaq traktının işini optimallaşdırır, öd ifrazını stimullaşdırır və qaraciyərin detoksikasiya funksiyasını artırır. Dəmləməsinin tərkibində maqnezium və kaliumun olması səbəbindən qan təzyiqini normallaşdırır, kardioprotektiv təsir göstərir və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır. Klinik müşahidələr onun ürək-damar xəstəliklərinin müalicəsində təsirli olduğunu təsdiqləyir.

İçkisini hazırlamaq üçün həm təzə, həm də qurudulmuş meyvələrdən istifadə edilir. Bəs itburnunu nədə və necə dəmləmək məsləhət görülür?

Termosda dəmləmənin üstünlüyü odur ki, istiliyi uzun müddət saxlayır və bununla da meyvədən qida maddələri tam çıxır. Bunun üçün əzilmiş itburnu termosa yığılır, üstünə qaynar su tökülüb 6–12 saat saxlanır.

Qazanda dəmləmə daha çox vaxt tələb etsə də, zəngin dad və ətirli içki alınır. Həlimi qazanda hazırlamağın əsas üstünlüyü odur ki, həm bütöv, həm də doğranmış itburnu istifadə etmək olar. Məlhəm qaynamamalıdır.

Çaydanda əzilmiş itburnu bir neçə dəqiqə dəmlənir. Amma bu üsulda termos və ya qazanda dəmləndiyi kimi itburnudakı faydalı maddələr tam çıxmır.

Faydalı içki əldə etmək istəyən itburnunu termosda və ya qazanda dəmləsin.

Z.HÜSEYNLİ
XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr