Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Kursku işğal etməsindən sonra ilk dəfə bölgəyə səfər edib. Metbuat.az xəbər verir ki, Putin Kursk Hərbi Qrupunun komanda mərkəzlərindən birində iclas keçirib. O bildirib ki, əsas vəzifə Kursk vilayətində məskunlaşmış və hələ də orada hərbi əməliyyatlar aparan düşməni tamamilə məğlub etmək və Kursk vilayətinin ərazisini tamamilə azad etməkdir. Putin Kursk Hərbi Qrupunun komandanlığı ilə görüşündə bəyan edib ki, Rusiyanın məqsədi dövlət sərhədi boyunca təhlükəsizlik zonası yaratmaqdır. Onun sözlərinə görə, Kursk vilayətində Rusiyaya qarşı döyüşənlər terrorçudur və xarici muzdlular hərbi əsirlərlə rəftar haqqında konvensiyaya daxil deyil. Putin bildirib ki, əsirlikdə olan bütün insanlara humanist yanaşmaq lazımdır. Putin həmçinin Kursk vilayətində əldə edilən uğurlara görə Baş Qərargaha və xüsusilə də fərqlənən hərbçilərə təşəkkür edib.