AZ

Umudlunun öldürdüyü ümidlər... – REPLİKA

Yassin Benzya yerdə qalan Felipe Santosu qıcıqlandırır. Bunu görən Karlos Jatoba komanda yoldaşına qarşı sərgilənən davranışa görə rəqibin üzərinə hücum çəkir. Ardınca olaya müdaxilə edən Marko Veşoviç Santosa şapalaq ilişdirir. Bunu görən Elvin Cəfərquliyev irəli atılır və Felipenin boğazından yapışıb boğmağa başlayır. Demək olar ki, ilk saniyələrdə yalnız Bəxtiyar Həsənalızadə ilə Jatobanın qorumağa çalışdığı Santosun üzərinə hücum çəkən Musa Qurbanlı bir neçə komanda yoldaşının onu dayandırmağa çalışmasına məhəl qoymaq istəmir.

Söhbət “Araz-Naxçıvan” – “Qarabağ” matçının 81-ci dəqiqəsində yaşananlardan gedir. Bu nə döyüş filmindən qısa fraqmentdi, nə də hadisələr rinqdə cərəyan edir. Bu həm də ölkəmizdə hakimə qarşı nəinki xüsusi, ilkin davranış qaydalarının belə pozulduğu anlardı. Bəli, təəssüf ki, cüdo, güləş, boks, taekvondo və başqa idman növlərində hakimin göstərişi daha çox dinlənilir. Baxmayaraq ki, həmin idmançıların işi məhz rəqibi əzişdirməkdi. Amma gərək hakimin də ədalət tərəzisi düz işləyə.

Hansısa kağız üzərində yazılan vəzifəni qoyaq kənara. Ona qalsa, “Qarabağ”la “Araz-Naxçıvan”ın adı çəkilən üzvləri futbolçudu, davakar küçə uşağı deyil... Ona qalsa, Kamal Umudlu təcrübəli hakimdi, VAR-da əyləşən Əliyar Ağayev də FİFA referisi... Amma həmin gün kim özünü peşəsinə uyğun apardı? Başda Umudlu olmaqla heç kim! Beləcə onsuz da turdan-tura tükənməkdə olan ümidlərimizin ürəyinə növbət xəncər saplandı. Özü də dəstəyinə qədər...

Məlhəm gətir, cənab De Blekere...

KƏNAN BAHADIR

Seçilən
3
1
football-plus.az

2Mənbələr