1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ukraynada nizamlanma üzrə danışıqların iştirakçıları təkcə atəşkəsi deyil, həm də ərazi məsələsini müzakirə edirlər".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə deyib.
Amerikalı lider danışıqların gedişatına toxunaraq bildirib: "Biz əraziləri və onunla bağlı məsələləri də müzakirə etmişik".
Ukrayna üzrə atəşkəs imkanı və digər müzakirə edilən məsələlər barədə danışan Ağ Ev rəhbəri vurğulayıb: "Fikrimcə, bunun Rusiya üçün mənası var".