Hazırda 15-ə yaxın ölkə atəşkəs dövründə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etməyə hazırdır...
Poliqon RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Parisdə Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransanın müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının ola biləcəyini müzakirə etdikləri ilk görüşün nəticələrinə yekun vurulub.
Onun sözlərinə görə, geniş konsensus yaranır və qərargah rəisləri uzunmüddətli sülh üçün təhlükəsizlik arxitekturası və ya qısa və orta müddətli perspektivdə siyasi liderlərə təqdim olunacaq atəşkəs variantları hazırlamağa başlayıblar.
"Hazırda 15-ə yaxın dövlət bu prosesi davam etdirməkdə maraqlıdır", Lekornu vurğulayıb.
Poliqon.info