Alimlər Saturn ətrafında fırlanan 128 yeni peyk kəşf ediblər. Metbuat.az xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun elmə məlum olan peyklərinin sayı 274-ə yüksəlib. Bununla da, Saturn peyklərin sayına görə, Yupiteri qabaqlayıb. Yupiterin elmə məlum 95 peyki mövcuddur. Buna qədər isə Saturn planetinin 62 peyki elmə məlum idi. Məlumata görə, yeni kəşf edilən peyklər Yerin peyki kimi böyük və dairəvi deyil. Bu kiçik və nizamsız formalı göy cisimləri “nizamsız peyklər” kimi təsnif edilir. Alimlər bu obyektlərin Günəş sisteminin ilk dövrlərində Saturn ətrafında mövqe tutduğunu hesab edirlər. Alimlər bu kəşfin Saturn və Günəş sisteminin tarixini daha yaxşı başa düşmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar.