AZ

ABŞ-də şatdauna saatlar qalıb

ABŞ Senatında hökumətin maliyyələşdirilməsini uzatmaq üçün yetərli səs yoxdur

ABŞ Senatındakı demokratlar respublikaçıların federal hökumətin maliyyələşdirilməsini sentyabrın 30-da ölkədə başa çatacaq maliyyə ilinin sonuna qədər davam etdirmək üçün təklif etdikləri layihəni dəstəkləmək istəmirlər.

“Report” xəbər verir ki, bu barədə senator Tim Keyn (Virciniya) partiya yoldaşları ilə qapalı görüşdən sonra məlumat verib.

Onlar çərşənbə axşamı Nümayəndələr Palatasının təsdiq etdiyi təşəbbüsü müzakirə ediblər: “Demokratların bu qanun layihəsi ilə heç bir əlaqəsi yoxdur. Bizə bir-iki düzəlişə dəyişiklik etmək üçün səs hüququnun verilməsini istəyirik. Bizim təkid etdiyimiz də məhz budur. İndi onu qəbul etmək üçün kifayət qədər səs yoxdur”.

Öz növbəsində, Senatda demokratik azlığın lideri Çak Şumer vurğulayıb ki, respublikaçıların prosedur səslərini başa çatdırmaq və yekun səsverməyə keçmək üçün kifayət qədər səsləri yoxdur.

Qanun layihəsinin qəbul edilməsi üçün qanunverici orqanın yuxarı palatasında 60 səs lazımdır. Odur ki, respublikaçılara ən azı səkkiz demokratın səs verməsi lazımdır.

ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən sənəd martın 14-ü saat 23:59-a qədər (15 mart Bakı vaxtı ilə 07:59) təsdiq edilməsə, “şatdaun” baş verəcək.

Nəticədə bir sıra dövlət idarə və proqramlarının işi, yüz minlərlə dövlət qulluqçusunun maaşlarının verilməsi müvəqqəti dayandırılacaq, onların bir çoxu ödənişsiz məzuniyyətə göndəriləcək.

Seçilən
30
report.az

1Mənbələr