AZ

CTV: Kanadanın növbəti baş naziri martın 14-də and içəcək

Kanadanın növbəti baş naziri Mark Karni martın 14-də and içəcək və hökumətə rəhbərlik etməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Mərasim Ottava vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 19:00) Kanadanın general-qubernatoru Meri Saymonun iqamətgahında baş tutacaq. Karniyə kabinet üzvləri də qoşulacaq, lakin onun tərkibində kimlərin olacağı hələ ki, bəlli deyil.

Kanalın mənbələri əlavə edib ki, hazırkı baş nazir Castin Trüdo mərasimdən əvvəl istefa verəcək.

Martın 9-da Kanadanın hakim Liberal Partiyası Kanada keçmiş bank rəhbəri Mark Karnini yeni lider seçib. O, hazırda oktyabrın 20-nə təyin edilmiş növbəti parlament seçkilərinə qədər yeni baş nazir olacaq. Ola bilər ki, Karni növbədənkənar seçkilər də təyin edə bilər.

Seçilən
21
2
report.az

3Mənbələr