İspaniyanın “Real Sosyedad” klubunun erməni yarımmüdafiəçisi Arsen Zaxaryan viza almaqda problem yarandığı üçün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə cavab oyunu üçün İngiltərəyə gedə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Marca" nəşrinə “Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil məlumat yayıb.
Onun sözlərinə görə, Zaxaryan martın 12-də komanda ilə Mançesterə gətməyib. İspaniya klubunun malili müdafiəçisi Amari Traore də viza almaqda problem yaşayıb. Baş məşqçi ümid etdiyini bildirib ki, hər iki futbolçu matç günü komandanın düşərgəsinə gələcəklər.
22 yaşlı Zaxaryan Samarada doğulub, Rusiya yığmasında çıxış edir. Erməni oyunçunun ailəsi Birici Qarabağ müharibəsi zamanı Ağdərədən Rusiyaya köçüb.
Qeyd edək ki, “Mançester Yunayter”- “Real Sosyedad” oyunu bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Mərhələnin ilk görüşündə 1:1 hesabı qeydə alınıb.