AZ

Almaniya kəşfiyyatı koronavirus pandemiyasının baş vermə səbəbini açıqladı

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) güman edir ki, koronavirus pandemiyasının səbəbi çox güman Uhandakı (Çin) laboratoriyada baş vermiş bədbəxt hadisə olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung "və "Die Zeit" qəzetləri mənbələrə istinadən məlumat paylaşıblar.

Onların məlumatına görə, Almaniyanın xüsusi xidmət orqanları hələ 2020-ci ildə belə bir nəticəyə gəliblər.

Açıq məlumatların təhlili ilə yanaşı, "Saaremaa" kodu adı altında keçirilmiş xüsusi əməliyyat zamanı əldə edilən materiallar da belə bir qənaətə gəlməkdə əsas rol oynayıb.

Buraya Uhan Virusologiya İnstitutu daxil olmaqla, Çinin elmi-tədqiqat institutlarının məlumatları da daxildir.

Seçilən
16
1
hakimiyyet.az

10Mənbələr